Gözəllik var, xidmət yox: Müştərilər Olivia dan narazıdır

18.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə “Olivia” kosmetik mağazaları ilə bağlı müştəri xidmətindən narazılıq edən paylaşım diqqət çəkib. 

Gununsesi.info bildirir ki, vətəndaşın paylaşımında mağazaların əlaqə vasitələrinə cavab verməməsi və xidmət keyfiyyəti ilə bağlı iradlar yer alır. 

“Olivia mağazalarında ümumiyyətlə zənglərə və ya Vatsapda yazılanlara baxan, cavab verən var, bilmirsiniz?)

Əvvəl həftədə 1 dəfə də olsa cavab verirdilər, o da yola verərək, indi lap quruyub gediblər.

Sual verirsən müəyyən məhsul haqqında, hansı mağazada varsa deyin gedək alaq, yaxınımızdakı mağazalarda yoxdur, borclu çıxararaq cavab verirlər ki gedin gəzin mağazaların birində taparsınız, və ya standart cavab: sistemdə problem var, görə bilmirik.

Bunların yiyəsi, böyüyü kimdir, gedək başa salaq ki, xidmət belə olmur və müştəri ilə danışıq qaydası var? “

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью