Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Malavidə keçirilən "Miss Malavi" gözəllik yarışmasından sonra beynəlxalq skandal baş verib.
“Yeni Sabah” xəbər verir ki, müsabiqənin rəsmi qalibi 26 yaşlı Tandi Çizi olsa da, "Miss World" yarışmasında ölkəni təmsil etmək hüququ Gender, Uşaqlar, Əlillər və Sosial Rifah naziri Meri Naviçanın qızı İrin Naviçaya verilib.
Təşkilatçılar bu qərarı T.Çizinin yaş limitini keçməsi ilə əsaslandırmağa çalışsalar də, qalibin tərəfdarları mövcud qaydalara görə 27 yaşa qədər iştirakın mümkün olduğunu xatırladıblar. Qalib model təşkilatçıları müqavilə şərtlərini sonradan dəyişməkdə və saxtakarlıqda ittiham edib. pizza
Gərginliyə baxmayaraq beynəlxalq yarışmaya qatılan nazir qızı İrin Naviça turnirdə uğursuzluqla üzləşərək ilk 20-liyə belə düşə bilməyib. Baş verənlərdən sonra Malavi ictimaiyyəti təşkilatçıları qərəzli davranmaqda və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməkdə kəskin tənqid edir.