Gözətçi məktəb direktorunun kartından 3200 manat oğurladı

04.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astara rayonunda oğurluq hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, rayon ərazisindəki məktəblərdən birində gözətçi işləyən 46 yaşlı A.Mikayılov axşam saatlarında direktorun otağından onun bank kartını oğurlayıb və içərisindəki 3200 manatı nağdlaşdırıb. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə onun bu əməlinin üstü açılıb və A.Mikaylov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью