Gözətçi qoruduğu restorandan oğurluq etdi

31.01.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda məşhur restoranda oğurluq hadisəsi baş verib.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, cinayət əməli Səbail rayonu ərazisində yerləşən "Olivie Garden" restoranında qeydə alınıb.

İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir -red.) restoranın kassasından 2000 manat pulu talayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb.

İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Fərəcova 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью