Gözləməyin, dayandırın! Kiyevdən dünyaya çağırış

07.09.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfədir ki, Ukraynanın Kiyevdəki hökumət binasına ziyan vurdu. Təkcə bu, ciddi eskalasiyadır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa deyib.

“Ən pisi odur ki, bu qəddar hücumlar məhz ABŞ Prezidenti Donald Trampın sülhə nail olmaq üçün hər cür səy göstərdiyi anda baş verir”, – o bildirib.

Nazir dünya ictimaiyyətini Moskvaya təzyiqləri artırmağa və Rusiyadan enerji resursları almağı dayandırmağa çağırıb.

O hesab edir ki, gözləmək nəticə verməyəcək.

Bundan əvvəl Ukraynanın “Publika” telekanalı Kiyevdə Nazirlər Kabinetinin binasında yanğın baş verdiyi barədə məlumat yayıb. Ardınca Ukraynanın baş naziri Yuliya Svırıdenko Kiyevdə pilotsuz təyyarənin şəhərə hücumundan sonra ölkə hökumətinin binasında yanğının baş verdiyini təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью