Gözlənilən oldu: Qvardiola İtaliya millisinə yox dedi

24.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini qəbul etməyib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İtaliya Futbol Federasiyası ispan mütəxəssisə milli komandanın baş məşqçisi postunu təklif edib. Qvardiola bu həftə təklifi dəyərləndirsə də, sonda imtina etmək qərarına gəlib.

Bildirilib ki, 55 yaşlı mütəxəssis ailəsinə daha çox vaxt ayırmaq, istirahət etmək və yalnız bundan sonra futbola qayıtmağı planlaşdırır.

Qeyd edək ki, Pep Qvardiola məşqçilik karyerası ərzində "Barselona", "Bavariya" və "Mançester Siti"ni çalışdırıb. O, bu komandalarla ümumilikdə 39 titul qazanıb.

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başladı - YENİLƏNİB ÇSKA-nın baş məşqçisi: “Revanş oyununa çox ümidliyik” “Liverpul”da yeni müqavilə - RƏSMİ “Milan” Modriçlə bağlı qərarını verdi - RƏSMİ Qarnaço "Aston Villa"da – 1 illik icarə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью