Gözlənilən olmadı, final edir

27.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Üçüncü dəfə tərəf müqabili olan türkiyəli aktyor Çağlar Ertuğrul və aktrisa Deniz Baysalın rol aldığı “Kalpazan” serialı ilə bağlı gözlənilməz qərar qəbul edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 8-ci bölümdə izləyiciləri ilə vidalaşacaq.

Buna səbəb isə reklam gəlirlərinin aşağı olması və serialın maliyyə ehtiyaclarının artması olub.

Qeyd edək ki, Ç.Ertuğrul və D.Baysal bundan öncə “Fazilet hanım ve kızları” və “Teşkilat” seriallarında partnyor olaraq çalışıblar.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью