Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əl-Hilal” hücum xəttini yeni oyunçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, “Vest Hem”dən Krisensio Sammervill transfer olunub. Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatına görə, niderlandlı vinger üçün İngiltərə klubuna 64 milyon avro təzminat ödənilib. 24 yaşlı futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Niderland yığmasının üzvü ötən mövsüm “Vest Hem”in heyətində keçirdiyi 34 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Əl-Hilal”da Kərim Benzema, Darvin Nunyes, Yassin Bunu, Joao Kanselu, Teo Ernandes, Ruben Neveş və Sergey Milinkoviç-Saviç kimi tanınmış futbolçular da çıxış edirlər.