Gözlənilən XƏBƏR gəldi! “Real Madrid” KONKRET

25.01.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında “Monako” ilə keçirilən oyunda göstərdiyi performansla diqqət mərkəzinə düşən Arda Gülər “Real Madrid”də qalacaq.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata əsasən, “Real” klubunun hazırkı baş məşqçisi Alvaro Arbeloa 20 yaşlı futbolçunun gələcəyi ilə bağlı yekun qərarını verib. Belə ki, o, Ardanın komandada qalmasını istəyir. Gənc ulduzun gələcək planlarda xüsusi yer tutacağı bildirilir.

Bununla yanaşı, İngiltərənin nəhəng klubları “Arsenal” və “Çelsi”nin Arda Gülər üçün “Real Madrid”ə 90 milyon avroluq təklif hazırladığı iddia edilir. Lakin ispan klubunun verdiyi bu qərardan sonra Premyer Liqa təmsilçilərinin rəsmi təklifi yay transfer dönəminə saxlayacağı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью