GÖZLƏNİLMƏZ HESABAT: Bu ölkə ən böyük silah idxalçısı olub KONKRET

10.03.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2020-2024-cü illərdə qlobal silah ticarətinin vəziyyəti ilə bağlı hesabat dərc edib. Hesabata əsasən, Ukrayna 2020-2024-cü illərdə ən böyük silah idxalçısı olub.

KONKRET.az xəbər verir ki, qeyd olunan dövrdə Kiyevin silah alışının həcmi 2015-2019-cu illərlə müqayisədə təxminən 100 dəfə artıb.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başlayandan bəri Kiyevə silah tədarükü 35 ölkədən gəlib və qlobal silah idxalının 8,8%-ni təşkil edib.

Ukraynaya ən böyük silah tədarükçüləri ABŞ (45%), Almaniya (12%) və Polşa (11%) olub. Ukrayna 2020-2024-cü illərdə ilk on idxalçı sırasına daxil olan yeganə Avropa ölkəsidir.

Ən böyük silah ixracatçıları arasında Çin 2020-2024-cü illərdə qlobal həcmin 5,9 faizini təşkil edərək dördüncü yerdə qərarlaşıb. Hindistan, Qətər, Səudiyyə Ərəbistanı və Pakistan Ukrayna ilə birlikdə 2020-2024-cü illərdə ilk beşlikdə ən böyük silah idxalçısı olublar.

Eyni dövrdə Fransa 65 ölkəyə silah göndərən ən böyük tədarükçü kimi ikinci yeri tutur. 2020-2024-cü illər arasında Fransada silah satışının həcmi 2015-2019-cu illərlə müqayisədə təxminən üç dəfə (+187%) artıb.

2020-2024-cü illərdə Rusiya 33 ölkəyə silah tədarük edib. Ümumi məbləğin üçdəikisi üç ölkənin payına düşür: Hindistan (38%), Çin (17%) və Qazaxıstan (11%)

Həmçinin SIPRI hesabatında qeyd olunur ki, regional münaqişələr və gərginliklər Yaxın Şərqdə silah idxalına tələbi artırır.

Vəli Həsənoğlu,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью