Gözlənilməz qucaqlamaya reaksiyası hamını güldürdü Video

20.11.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın paytaxtı Berlində keçirilən Ukrayna ilə bağlı Könüllülər Koalisiyasının iclasından əvvəl Albaniya Baş naziri Edi Rama ilə Belçika Baş naziri Bart De Vever arasında yumorla müşayiət olunan anlar yaşanıb.

“Qafqazinfo”nun xəbərinə görə, De Vever jurnalistlərə açıqlama verdiyi vaxt Rama ona arxadan yaxınlaşaraq qucaqlayıb.

Gözlənilməz jestdən sonra ətrafdakılara dönən Bart De Vever ingilis dilində “Bu, Albaniyalı olmalıdır. O, həmişə arxadan gəlir”, - deyib.

Belçika Baş nazirinin bu zarafatı ətrafdakıların gülüşünə səbəb olub və kameralar tərəfindən lentə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью