Gözlər Davosda: Tramp Pezeşkian görüşü ola bilər

21.01.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu günlərdə Davosda keçiriləcək İqtisadi Forumda İran prezidenti Məsud Pezeşkianla ABŞ prezidenti Donald Tramp görüşə bilər. Tribunainfo.az xəbər verir ki, bu barədə “Khabarfori” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, forumda belə bir görüşün baş tutma ehtimalı var. Bunu da İran prezidentinin müşaviri Məhəmməd Cavad Zərifin qəfil Davosa getməsi ilə izah edirlər.
“İran İnternational” kanalı isə xəbər yayıb ki, İran ABŞ-la danışıqlara başlamaq üçün vasitəçi axtarışına çıxıb. Belə ki, bunun üçün ilk olaraq İraqın baş naziri seçilib. Hətta İran nümayəndə heyəti ilə iraqlı baş nazir arasında görüş də keçirildiyi qeyd edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью