Gözləri görməyən şəxs törətdiyi dəhşətli qətlin təfərrüatını AÇIQLADI | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda uzaq qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işinin ilk məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vuqar Seyidovin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin vəkili müdafiə etdiyi şəxsin fiziki qusurlu, yəni görmə məhdudiyyətinin olduğu üçün onun barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ tədbirlə əvəz olunması ilə bağlı vəsatət təqdim ediи.
Buna münasibət bildirən prokuror törədilən cinayətin iсtimai təhlükəliliyini nəzərə alaraq, vəsatəti əsassız sayıb.
Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra proses dövlət ittihamçısının ittihamı elan etməsi ilə davam edib.
Elan olunmuş ittihama görə Qulu Abbasov özunü qismən təqsirli bilərək, sərbəst ifadəsi zamanı baş verən qanlı cinayətə aydınlıq gətirib.
O, ifadəsində bildirib ki, hadisə 5 il əvvəl, mərhum Xanlar Əmirov onun görmə məhdudiyyətli olmağından sui-istifadə edərək ailəsinin qadın üzvlərindən birinə qarşı qeyri-etik hərəkət etməsi olub.
Məsələ ilə bağlı Qulu Abbasov Xanlar Əmirovla bir neçə dəfə mübahisə etsə də, onun əmisi oğlu tərəfindən müdaxilə olunduğundan insidentin qarşısı alınıb.
Tam oxu
Xəbəri oxu