Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir nüçə gün əvvəl Çilinin cənubunda yerləşən Magellan boğazında balina qayıqla hərəkət edən 23 yaşlı gənci udub.
Modern.az-ın məlumatına görə, hadisə görüntüləri sosial mediada yayılıb.
Venesueladan olan Adrian Simancas atası ilə ayrı-ayrı qayıqlarda hərəkət edərkən anidən qozbel balina ortaya çıxıb və onu udub.
Görüntülər gəncin atasının telefonu ilə çəkilib. “Bir anda suyun altına çəkildiyimi hiss etdim.
Gözlərimi açanda balinanın ağzının içində olduğumu anladım”, - gənc deyib. Balina qısa müddət sonra udduğu gənci suyun səthinə tullayıb.
Adrian balinanın ağzında olarkən sağ qalma şansının olmadığını düşünüb. O, nəfəsini saxlamağın getdikcə çətinləşdiyini hiss edib.
Balinanın udduğu cisimləri həzm edə bilmədiyi üçün Adrianı dərhal geri buraxdığı ehtimal edilir.