Gözlərimlə eşidirəm ölüləri... İspan şairdən sonet

08.09.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün ispan şair, dramaturq, yazıçı Fransisko de Kevedonun anım günüdür.

Kulis.az onun məşhur "Səhraların sükutuna çəkilərək" sonetini təqdim edir.

Bu sakit səhranın rahatlığında,
Bir neçə müdrik kitabla baş-başa,
Ölənlərlə danışıb, yaşayıram mən,
Gözlərimlə eşidirəm ölüləri.

Həmişə aydın olmasa da, hər an açıqdır onlar,
Düzəldir və ya bəhrələndirir işlərimi;
Səssiz musiqinin ahəngi tək
Oyaqdırlar həyat yuxusunun içində.

İllərin qəzəbindən qisas alan ölümün
Uzaqlaşdırdığı o uca ruhları
Bilikli çapxana azad edir,
Ey böyük Don Xose!

Geri dönməz qaçışla ötüb keçir saat,
Lakin ən yaxşı saat elə odur ki,
Dərs və mütaliə ilə
Bizi daha da yaxşılaşdırır.

Rus dilindən sətri tərcümə: Aydan Ağayeva

"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı? "Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri "Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 unudulmaz filmi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью