Gözlərin altında göy kölgələr. SƏBƏBLƏR | Icma.az
Icma.az, Saglamolun saytına istinadən bildirir. Bir çox insanlar bu problemlə üzləşir.
Əksər insanlar buna yalnız kosmetik defekt kimi baxır. Lakin nəzərə almaq lazımdır ki, bəzən bu simptom ciddi xəstəliklərə işarə edə bilər.
Beləliklə, gözlərin altında göy kölqələrin səbəbləri bunlardır: - İrsiyyət.
Bəzi insanlarda belə kölgələr körpəlik dövründən olur və irsiyyətlə bağlıdır (yaxın qohumları arasında da bu simptoma tez-tez təsadüf edilir).
Bunun səbəbi bu insanlarda gözlərin altında olan damarların dəriyə çox yaxın yerləşməsidir. - Yaş dövrü.
İnsan qocaldıqca dəri nazilir və bu səbəbdən dərinin altında olan damarlar daha aydın görünməyə başlayır - göy kölgələr əmələ gəlir.
- Yuxunun az olması. İnsan orta hesabla (söhbət böyüklərdən gedir) 7-8 saat yatmalıdır.
Bu nisbi göstəricidir - bəzi insanlar 6-saatlıq yuxudan sonra özünü gümrah hiss edir, digərlərinə isə hətta 9 saatlıq yuxu azlıq edir.
Tam oxu
Xəbəri oxu