Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi, bu gün səhər saatlarında İsrail ordusunun İrana qarşı başlatdığı “qabaqlayıcı zərbə” əməliyyatından dərhal sonra ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana qarşı genişmiqyaslı hərbi müdaxilənin start götürdüyünü elan edib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu addımı İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə atdıqlarını bildirərək, İranın raket sənayesini və donanmasını tamamilə məhv edəcəklərinə söz verib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə öz növbəsində qeyd edib ki, bu əməliyyat İran xalqının öz taleyini öz əlinə alması üçün tarixi bir şərait yaradır.
“Wall Street Journal” nəşrinin məlumatına görə, İsrailin raket zərbələri birbaşa ölkə rəhbərliyini və komanda mərkəzlərini hədəf alıb. Hazırda Tehranın Universitet küçəsi və Cümhuri rayonu, həmçinin atom elektrik stansiyasının yerləşdiyi Buşəhr liman şəhəri ağır atəşə tutulub. Partlayış səsləri eyni zamanda İsfahan, Qum, Kərəc, Kirmanşah, Təbriz və Lorestan əyalətlərində də qeydə alınıb.
Qeyd edək ki, müharibə artıq regionun digər ölkələrinə də sıçrayıb. Belə ki, rəsmi Tehran cavab olaraq təkcə İsraili deyil, həm də Bəhreyn, Küveyt, Qətər və BƏƏ-də yerləşən Amerika hərbi bazalarını ballistik raketlərlə vurub. İranın bu addımı nəticəsində Əbu-Dabi və Dubayda da güclü partlayışlar baş verib, bölgədə mülki uçuşlar dayandırılıb.
Dünya mediasının bu gün Yaxın Şərqdən lentə aldığı görüntüləri təqdim edirik:
Foto: İranın Hayfa körfəzinə zərbəsi
Foto: Tehrana hava hücumundan sonra
Foto: Aşkelonda bunkerə sığınan insanlar
Foto: Bəhreynin paytaxtı Manamadakı ABŞ bazalarına endirilən zərbə
Foto: Qətərin paytaxtı Dohada insanlar İranın zərbələrini izləyirlər
Foto: Təl-Əvivdəki yeraltı dayanacaqda gizlənən insanlar
Foto: Tehrana hava hücumundan saniyələr sonra
Foto: Bəhreynin paytaxtı Manamaya hava hücumundan sonra
Foto: Tehran sakinləri hava hücumu zamanı
Foto: İranın hücumundan sonra Qüds
Foto: Tehranda hücum ərəfəsində tıxac
Foto: İsraildə körpünün altında hücumdan gizlənən insanlar
Foto: Hayfada uşaqları ilə sığınacağa qaçan ər-arvad
Hazırladı: Rəfi Müslümov