Gözmuncuğu dində xurafat sayılır? | Icma.az
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. “Gözmuncuğu və bu kimi digər məqamlar dinimizdə xurafat sayılır.
Hətta biraz irəli getsək, bu məqanlar şirk də hesab edilir. Əlbəttə bir müsəlmanı müsəlmançılıqdan çıxaracaq dərəcədə şirk hesab olunmur.
Burada gizlin, yüngül şirkdən söhbət gedir. Lakin bəzi bitkilər, o cümlədən üzərliyin bioenerji baxımından müəyyən təsirləri ola bilər”.
Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
O bildirib ki, İslam dinində xəstəliklərin müalicəsi üçün Allah Təala tibb elmi yaradıb və İslam dinində də bu tövsiyyə olunur: “Lakin bəzi fövqəltibbi, yəni tibdən daha yüksək təsirlər var.
Buraya bəd-nəzər, gözdəymə və s. aiddir. Buna görə də Qurani Kərimdə müəyyən ayələr vardır ki, insan hər gün evdən çıxarkən oxuyarsa, Allah
Belə ki, bu ayələrə Qələm surəsinin son iki ayəsini misal olaraq qeyd edə bilərik.
Əxlaqi-psixoloji tövsiyə kimi isə din böyüklərimiz deyiblər ki, maddi uğurları mümkün qədər reklam etməmək lazımdır.
Tam oxu
Xəbəri oxu