Göztəpə sol cinah müdafiəçisi ilə anlaşıb

21.07.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Göztəpə Fransa Liqa 2 komandası olan "Stade Laval"da çıxış edən 24 yaşlı tunisli sol cinah müdafiəçisi Amin Çerni ilə bütün şərtlərdə razılığa gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Stade Laval" ilə Göztəpə arasında son detallar dəqiqləşdikdən sonra rəsmi imzaların atılması gözlənilir.

Xatırladaq ki, Fransa Liqa 2-də 62 matça çıxan Amin Çerni 6 qol vurmağı bacarıb.

Fərid

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью