Göztəpə ulduzunu buraxmadı: Romulo ilə 3 illik müqavilə

22.01.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Super Liqa təmsilçilərindən "Göztəpə" ulduz futbolçusu Romulonun satın alma variantından istifadə edib.

Apasport.az xəbər verir ki, izmirlilər braziliyalı hücumçu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Türkiyə klubu futbolçu üçün 2,5 milyon avro ödəyəcək. 

Qeyd edək ki, o, icarə əsasında çıxış etdiyi İzmir klubunun heyətində 18 matça çıxıb. 22 yaşlı futbolçu bu oyunlarda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Juninyo: "Burda olmağım təsadüfi deyil” "Fənərbaxça" Dieqo Karlosu rəsmən açıqladı “Qalatasaray”ın atleti yanğında vəfat edib “Aston Villa” 67 milyonluq təklifi rədd etdi Sabiq “Çelsi”li Braziliya klubunda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью