Gözübağlı görməni mümkün edən linzalar hazırlanır

23.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Çin alimləri infraqırmızı işığın görünməsini təmin edən inqilabi kontakt linza hazırlayıblar.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, gözlər bağlı vəziyyətdə işləyən bu linzaları daltonizm kimi xəstəliklərin müalicəsində də geniş istifadə etmək mümkün olacaq.

Çin Elm və Texnologiya Universitetindən nevroloq Xue Tianın rəhbərlik etdiyi tədqiqat qrupu bu inkişafı ilk dəfə texnologiya jurnalında dərc edib.

Araşdırma məqaləsinə görə, yeni nəsil kontakt linzalar içərisində xüsusi nanohissəciklər olan şəffaf plastikdən hazırlanıb. Bildirilib ki, bu hissəciklər infraqırmızı işığı görünən işığa çevirə bilir və bunun üçün xarici enerji mənbəyinə ehtiyac qalmır.

Qeyd edilib ki, linzalar artıq ilkin sınaq mərhələsindən uğurla keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью