“Gözümə gün düşdü” Aşan avtobusun sürücüsü danışdı+Video

12.07.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb.

“Qafqazinfo” xəbər verir ki, avtobusun sürücüsü hadisə ilə bağlı danışıb.

O, qəza anını belə təsvir edib:

“Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözümə gün düşdü bilmədim necə oldu. Bəlkə də yorğunluqdan idi, bir də gördüm ki, idarəetməni itirmişəm. Avtobus 51 yerlik olsa da, tam dolu deyildi, içəridə təxminən 30-35 nəfər olardı. Hər gün bu yolu gedib-gəlirəm. Neçə vaxtdır bu xətt üzrə işləyirəm, indiyə qədər belə bir hadisə baş verməyib”.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью