Gözünə Dior kəməri dəyən model kor oldu

13.12.2024

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

3 il əvvəl "Vogue" jurnalı üçün çəkiliş zamanı "Dior" çantasının kəməri gözünə dəyən britaniyalı model Cenevyeva Bryusterin bir gözü kor olub.

Axşam.az xəbər verir ki, model bu illər ərzində 9 dəfə əməliyyat olunub. 

24 yaşlı model zaman keçdikcə gözündə işıq sayrışmaları yarandığının fərqinə varıb. O, bunu həddindən artıq iş və streslə əlaqələndirib. Xəstəxanaya gedən Cenevyeva tor qişasının dörddə üçünün ayrıldığını və işıqların patoloji prosesin ilk simptomları olduğunu öyrənib.

2024-cü ilin sentyabrında gözünün tor qişası tamamilə qopub və kor qalıb. O, bildirib ki, həkimə daha tez müraciət etmədiyinə görə peşmandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью