“Gözünü çıxarıb,üzərindən maşınla keçiblər…” İDDİA

15.05.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.

Bu barədə  ATV kanalında yayımlanan “Bizimləsən” verilişində açıqlama edilib.

İddiaya görə, Elgünün gözləri çıxarılıb, üzü tanınmaz halda olub. Verilişdə səsləndirilən iddiaya görə,hadisə 60 manata görə olub.

İddiaya görə, ondan 60 manat tələb olunub,həmin pulu verə bilmədiyi üçün bu hadisə törədilib.

Dayısının dediyinə görə, Elgünü tikə-tikə ediblər. Daha sonra maşınla üzərindən keçiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью