Gözünüz Qarabağ da olsun... bu xəbər onminlərlə şəxsi qəfil sevindirəcək!

04.12.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində "Ayaks"la qarşılaşacaq. "Köhlən atlar" Amsterdam təmsilçisini dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Təbii ki, yüzminlərlə azərbaycanlı futbolsevər matç üçün biletlərin satışa çıxarılacağı tarixi gözləyir. Sadəcə, həmin vaxt hələ bəlli deyil. Tərəfdarların marağını nəzərə alıb klubun mətbuat xidmətindən məsələylə bağlı məlumat almağa çalışsaq da, cəhdimiz uğursuz alındı.
Daha dəqiqi, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Football-plus.az"ın sorğusunu bu cür cavabladı:

"Qarşıdakı günlərdə rəsmi səhifələrimizdə satışla bağlı paylaşım olacaq. "Ayaks"la oyun üçün bilet əldə etmək istəyən azarkeşlər rəsmi saytımızı, "Qarabağ"ın tətbiqini və sosial şəbəkələrimizi izləsin".

Yəqin ki, klubun belə addım atmasının səbəbi biletlərin satışa çıxarıldığı anda kütləviliyin həddən artıq olmasıdı. Məlumdu ki, belədə həm "iticket.az" saytının fəaliyyətində problem yaranır, həm də tərəfdarlar arzuladığı tribunada yer tutmaq istəyini reallaşdıra bilmir. Ucuz biletlər isə qısa müddətdə satılır.
Görünür, klub bu yolla sadalanan problemlərin - xüsusən "qara bazar"ın öhdəsindən gələcəyinə inanır.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью