Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şirniyyat, sendviç, salat və un məmulatları üzrə xidmət şəbəkəsi “Grabstar”ın Bakıda üçüncü filialı istifadəyə verilib.
Marja xəbər verir ki, şirkətin yeni filialı "Demirçi Tower"də fəaliyyətə başlayıb.
Şirkətdən bildirilib ki, yeni ünvanda müştərilərə hər gün təzə və keyfiyyətli məhsullar təqdim ediləcək. Grabstar dəyişməyən keyfiyyət və xidmət enerjisi ilə müştərilərini yeni filialında qarşılamağa hazır olduğunu açıqlayıb.
“Bizimlə böyüyən hər kəsə təşəkkürlər. Uğurumuzun bir parçası olduğunuz üçün çox xoşbəxtik”, - şirkətin paylaşımında qeyd olunub.
Grabstar hazırda şirniyyat, sendviç, salat və un məmulatları təqdim edir. Şirkət hər gün saat 07:00-dan 22:00-dək fəaliyyət göstərir.