Grand Swiss turnirinin keçiriləcəyi ölkə müəyyənləşib

20.01.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Kişi və qadınlar arasında nüfuzlu "Grand Swiss" turnirinin keçiriləcəyi ölkə müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

Yarış sentyabrın 3-15-i aralığında Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq.

Qadınlar və kişilərin mübarizəsində ilk 2 yeri tutanlar 2026-cı ildə baş tutacaq İddiaçılar Turnirinə birbaşa vəsiqə qazanacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью