Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Video oyun həvəskarlarının böyük maraqla gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) oyunun təqdimatına az qalıb.
"Cebheinfo.az" xəbər verir ki, oyunun sonuncu versiyasından 13 il keçdiyi üçün maraq daha da artıb.
Bununla əlaqədar ABŞ-nin müxtəlif şəhərlərindəki polis departamentləri oyunçulara diqqətçəkən xəbərdarlıqlar edib.
Atlanta, Denver və San Antonio başda olmaqla, bir sıra şəhərlərin polis orqanları virtual dünyadakı cinayətlərin real həyatda ciddi hüquqi nəticələrə səbəb olacağını xatırladıb.
Polis əməkdaşları oyunçulara “GTA 6”da baş verənlər “GTA 6”da qalmalıdır” mesajını veriblər.
ABŞ-nin ən böyük şəhərlərindən biri olan Atlanta Polis Departamenti sosial şəbəkədə paylaşdığı xəbərdarlıqda “GTA real məkan deyil, amma Atlanta realdır” ifadəsini işlədib.
Paylaşımda qeyd olunub:
“Atlanta Polis Departamentindən sizə dostyana bir xəbərdarlıq, oyunu oynayın, amma özünüzü oyuna o qədər aludə etməyin ki, həbsə düşəsiniz. Virtual əyləncəni real həyatda verdiyiniz qərarlarla qarışdırmayın. Sərxoş vəziyyətdə avtomobil idarə etmək, ehtiyatsız sürücülük, avtomobil oğurluğu və zorakılıq real həyatda ciddi nəticələrə səbəb olur. Bunları oyunun daxilində saxlayın, küçələrimizə daşımayın”.
Denver Polis Departamenti də paylaşımında oyunçuları “GTA” ilə bağlı bütün fəaliyyətləri video oyunun sərhədləri daxilində saxlamağa çağırıb.
“Xatırladırıq ki, avtomobil oğurluğu hələ də qanunsuzdur. Polis əməkdaşlarından qaçmaq da qanun pozuntusudur. Oyunda beş ulduz qazanmaq bizim verəcəyimiz nailiyyət deyil”, - deyə paylaşımda bildirilib.
San Antonio Polis Departamentinin yayımladığı videoda isə “Oyun bacarıqlarınızı real həyatda görmək istəməzdik. Oyunu yaxşı oynayın, həyatda isə məsuliyyətli davranın” mesajı verilib.
San-Xuan Polis Departamenti də oyunçuların həyəcanını və uzun müddətdir bu oyunu gözlədiklərini anladıqlarını bildirərək, “Bilirik ki, çox həyəcanlısınız və uzun müddətdir gözləyirsiniz. Ancaq “GTA 6”da baş verənlər “GTA 6”da qalmalıdır” xəbərdarlığını edib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin