“Grandmart” parklanma pulu yığırFOTO

10.12.2024

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

- +

Müştəri Zaur Zeynalov “Grandmart” MMC-nin “Megastore” mağazalar şəbəkəsinin Günəşlidəki filialından şikayətçidir. Tribunainfo.az-ın xəbərinə görə, müştəri mağazaya giriş üçün parkinq xidməti yaradıldığını yazıb: “Oradakı işçi tərəfindən pul tələb olunur. Soruşduq nə əsasən pul istəyirsən? Cavabı “verməlisən də” olur. Başa düşə bilmirəm, mağazaya girib alış-veriş edirəmsə niyə parkinq xidmətinə görə əlavə pul ödəməliyəm. Bundan əlavə hansı parklanmaya görə hansı xidmət göstərildi ki, mən onu dəyərləndirib, onun müqabilində hər hansı bir məbləğ ödəyim?! Mağazada nəsə alacaqsan, 5 dəqiqə çox parklanmasında çıxmaq üçün çabalayacaqsan? Parklanmaya nəzarət sıfır, kim harda gəldi saxlayır. Nə çıxan bilir, nə girən. Nəzarətçini niyə ora qoyublar bilmirəm. Yalnız pul istəməkdirsə məqsədi…”

Roman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью