Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“GTA 6” 3,79 milyard dollar gəlirlə satış rekordu qırıb.
Banco.az xəbər verir ki, “Take-Two Interactive Software Inc.” yeni oyunu “Grand Theft Auto VI”nın (GTA 6) cümə axşamı etibarilə 3,79 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Şirkət bu nəticə ilə oyunun tarixdə ən uğurlu əyləncə məhsulu olduğunu bildirib.
İlkin satışlarda 32,5 milyon nüsxə satıldığını qeyd edən şirkət oyunun kompüter versiyasının və onlayn komponentinin daha sonra istifadəyə veriləcəyini bildirib. Standart versiya 80 dollara satışa çıxarılıb. Əlavə nəqliyyat vasitələri, silahlar, geyimlər və digər oyun daxili əşyaları ehtiva edən paketin qiyməti isə 100 dollar müəyyən edilib.
Yeni oyun səkkiz ildən çox müddətdə hazırlanıb
Bütün zamanların ən populyar oyun seriyalarından biri olan “Grand Theft Auto”nun əvvəlki tamamilə yeni oyununun çıxmasından 13 il keçməsi cümə axşamı baş tutan buraxılış öncəsi gözləntiləri artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!