Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
“Grand Theft Auto VI” (GTA 6) satışa çıxarıldığı ilk 24 saat ərzində 3,79 milyard dollar gəlir əldə edib.
Axşam.az xəbər verir ki, bu barədə oyunun istehsalçısı “Rockstar Games” məlumat yayıb.
Şirkətin açıqlamasına görə, oyun satışa çıxmazdan əvvəl 32,5 milyon nüsxə satılıb. Bununla da GTA 6 bütün platformalar üzrə yeni rekorda imza atıb.
Yeni oyunun ilk gündəki gəliri 2013-cü ildə təqdim olunan GTA 5-in eyni müddətdə əldə etdiyi təxminən 800 milyon dolları dəfələrlə üstələyib.
Qeyd edək ki, GTA 6 uzun illərdir oyun həvəskarlarının böyük maraqla gözlədiyi layihələrdən biri idi. Hadisələr “Vice City” adlı uydurma şəhərdə cərəyan edir. Oyunun əsas qəhrəmanları Lusiyə və Ceyson adlı cinayətkar cütlükdür.