“GTA 6”da türk izi: Reklam lövhəsindəki yazı təəccübləndirdi

20.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

GTA 6 oyununda bu dəfə qeyri-adi bir yazı gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, oyundakı avtomobil yuma məntəqəsinin reklam lövhəsində türk hamamı mədəniyyətinə işarə edən ifadə yer alıb.

Noyabrın 19-da oyun həvəskarlarının ixtiyarına verilən GTA 6-nın müxtəlif detalları araşdırılmağa başlanıb. Oyundan yayılan görüntülərdən birində avtomobil yuma məntəqəsinə aid reklam lövhəsində “Turkish Car Bath” (Türk avtomobil hamamı) yazısı görünür. Online alış-veriş

Lövhədə “Come in for intimate Turkish car bath” ( Türksayağı avtomobil yumaq üçün içəri keçin) ifadəsi yer alıb. Reklam yazısının türk hamamı ənənəsinə yumorla işarə etdiyi bildirilir. Bu detal oyunun maraqlı və qeyri-adi məqamlarından biri kimi müzakirə olunur.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью