Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt gənclərin etiraz aksiyalarının səngiməsinə görə “GTA VI”ya təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nazir polis situasiya mərkəzinə baş çəkərkən bildirib ki, yeni oyunun işıq üzü görməsi gənclərin bir hissəsini evdə saxlaya bilib.
Qeyd edək ki, hazırda bütün Almaniya üzrə “Z nəsli”nin etiraz aksiyaları keçirilir.
Aksiya iştirakçıları təhsilə ayrılan maliyyənin artırılmasını, psixoloji yardımın əlçatanlığının yaxşılaşdırılmasını və yaşayış xərclərinin bahalaşmasına qarşı tədbirlər görülməsini tələb edirlər.
Xatırladaq ki, “GTA VI” oyunu dünya üzrə satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edərək əyləncə sənayesi tarixində mütləq rekorda imza atıb.
Yeni oyun 13 ildən sonra təqdim olunan seriyanın növbəti əsas hissəsidir. Oyunun hazırlanmasına səkkiz il sərf edilib.\\musavat.com