GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

21.11.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Grand Theft Auto VI” (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Take-Two Interactive” məlumat yayıb.

Bildirilir ki, “Grand Theft Auto VI”nın ilk gündəki pərakəndə satışları bütün formatlar üzrə əyləncə sənayesində yeni rekord müəyyən edərək, “tarixdəki ən böyük əyləncə məhsulu təqdimatı” kimi qeydə alınıb. Bundan əlavə, “Take-Two Interactive” tərəfindən açıqlanan rəqəmlər mütəxəssislərin gözləntilərini xeyli üstələyib.

Buna qədər ən çox gəlir əldə edən əyləncə məhsulu, kinoteatrlarda bir neçə həftə ərzində təxminən 2,5 milyard dollar toplayan “Spider-Man: Into the Spider-Verse” filmi idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью