GUAM a sədrlik Gürcüstana keçib | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 3-də Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, GUAM-a üzv ölkələrinin parlamentarilərinin qatıldıqları tədbir çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib.
Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM-a üzv ölkələr arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib.
O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir.
Çxeişvilinin sözlərinə görə, dialoq, bilik və təcrübə mübadiləsi, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsi ön planda olmalıdır.
O qeyd edib ki, GUAM çərçivəsində ticarət, rabitə, energetika və nəqliyyat sahələrində geniş imkanlar mövcuddur və bu istiqamətdə milli parlamentlər də mühüm rol oynaya bilər.
Tam oxu
Xəbəri oxu