Guba Open də üç lider

18.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Qubada beynəlxalq şahmat festivalı "Guba Open" davam edir.

İdman.biz xəbər verir ki, A turnirində üç turdan sonra üç lider var.

Startda xal itkisi yaşamayan şahmatçılar bunlardır: azərbaycanlı beynəlxalq usta Vüqar Manafov, həmçinin Mixail Kekelidze (Gürcüstan) və Vitaliy Bernadski (Ukrayna).

Onlardan yarım xal geridə isə Yevgeni Romanov (Şimali Makedoniya) və Xaqan Əhməd qərarlaşıblar.

9 turdan ibarət olacaq turnir İsveçrə sistemi ilə keçirilir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью