Guba Open rəqəmlərlə: 10 ölkədən 266 şahmatçı

15.07.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Beynəlxalq "Guba Open" festivalı 10 ölkədən 266 şahmatçını bir araya gətirəcək.

İdman.biz xəbər verir ki, iyulun 16-da başlayacaq A turnirində 44 şahmatçı iştirak edəcək.

B turnirinə isə 222 iştirakçı qeydiyyatdan keçib.

"Guba Open" turnirində Almaniya, İsrail, Küveyt, Ukrayna, Latviya, Türkiyə, Gürcüstan, Şimali Makedoniya və Hindistandan olan şahmatçılar qatılacaqlar.

"Guba Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью