Gübrə qiymətləri kəskin artıb 2027 ci ildə məhsuldarlıq riski

02.10.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Gübrə qiymətləri kəskin artıb.

Banco.az xəbər verir ki, Yaxın Şərqdəki müharibə və Hörmüz boğazında daşınmalarda yaranan fasilələr qlobal gübrə bazarında təchizat təzyiqini artırıb.

Qarğıdalı və soya istehsalında mühüm rol oynayan diammonium fosfatın (DAP) qiyməti ilin ilk doqquz ayında 28,4% artaraq ton başına 802,5 dollara çatıb. Eyni dövrdə qarğıdalı qiyməti 13,3%, soya isə 22,6% bahalaşıb.

Qlobal gübrə ticarətinin təxminən üçdə birinin Hörmüz boğazından keçməsi bölgədəki gərginliyin gübrə təchizatına təsirini artırır. Neft və təbii qaz qiymətlərinin yüksəlməsi də gübrə istehsalı xərclərini artırır.

Analitiklər bildirirlər ki, yüksək gübrə qiymətləri uzun müddət davam edərsə, fermerlər gübrə istifadəsini azalda və əkin strukturunu dəyişə bilər. Bu isə 2027-ci ildə kənd təsərrüfatı məhsuldarlığına təzyiq yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью