Güc sturukturları Nəriman Abbasovun döyüşünə icazə verməyib

13.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı qaydasız döyüşçü Nəriman Abbasovun (77 kq) "Hype Fighting Championship" turniri çərçivəsində görüşü baş tutmayıb. Sport24.az xəbər verir ki, Rusiyanın güc qüvvələri Moskvadakı Live Hallda təşkil edilən turnirin keçirilməsinə mane olublar.

Liqanın təşkilatçısı Məhəmməd Nosayev oktaqonda çıxışını zamanı yarışın dayadırılması tələb olunub. Onlar Nərmanın Marif Pirayevlə görüşünün hüquq-mühafizə orqanları ilə razılaşdırılmadığını bildiriblər. Aparıcı texniki fasilə yarandığını elan edib, Nosayev isə qara maskalıların müşayiəti ilə zaldan çıxarılıb.

Sonda Hype FC turnirinin ləğv edilməsinə qərar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью