Gücləri ayıya çatdı

14.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Moskvanın cənub-şərqində yerləşən Zyablikovo rayonundakı “Lesnaya skazka” (Meşə nağılı) parkında oğurluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, naməlum şəxslər parkdakı üç ayı fiqurundan ibarət bədii kompozisiyaya daxil olan ayılardan birini oğurlayıblar.

Hazırda polis əməkdaşları cinayəti törədən şəxslərin kimliyini müəyyənləşdirmək məqsədilə ərazidəki təhlükəsizlik və videomüşahidə kameralarının görüntülərini araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью