Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın Kaliforniya ştatında güclü dalğalar və yüksək qabarma nəticəsində Sakit okean sahilində yerləşən estakadanın bir hissəsi dağılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə çərşənbə günü San-Fransisko şəhərinin cənubunda, Sakit okean sahilində yerləşən Pasifika şəhərində baş verib.
Bundan başqa, Marin dairəsində səlahiyyətli qurumlar müvəqqəti təxliyə qərarı verib və sakinlərə çimərlik ərazilərindən uzaq durmaq barədə xəbərdarlıq ediblər.
Təbriz Mirzə
Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin