Güclü dövlətin görünməyən dayağı mediadır

17.07.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Milli təhlükəsizlik üçün ən böyük risk etibarsız informasiya mənbələridirAzər Rəşidoğlu: “Sosial şəbəkələr heç vaxt peşəkar medianı əvəz edə bilməyəcək”

Azərbaycan söz, fikir, media azadlığına əyani şəkildə hörmət etdiyini, hər kəsin düşüncəsini, baxışını sərbəst, azad bir şəkildə ifadə etmək hüququnu tanıdığını IV Şuşa Qlobal Media Forumu vasitəsilə dünyaya nümayiş etdirdi. Artıq ənənə halını almış Şuşa Media Forumu bu il 13-14 iyul tarixlərində baş tutdu. Forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxslər iştirak etdi, 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olundu. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də forumda iştirak edirdilər.

Builki Forum dünyanın hazırkı mənzərəsi fonunda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuşdu. Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olundu. Şuşa Qlobal Media Forumu Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha bütün dünyaya nümayiş etdirdi. Rəsmi Bakı öz mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bəyan edərək siyasi iradəsini göstərdi. Читать полностью