Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq.“Football-plus.az” xəbər verir ki, ilk görüş sabah keçiriləcək.
“Qartallar”ın kapitanı Qismət Alıyev oyunöncəsi mətbuat konfransında iştirak edib:"Sabah bizi gərgin və çətin qarşılaşma gözləyir.
Oyuna tam hazırıq və sona qədər mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik" Daha sonra komandanın baş məşqçisi Rəşad Sadıq
Çempionatı uğurla başa vurduq. Avrokuboklarda ölkəmizi uğurla təmsil etmək niyyətindəyik. Rəqib “Hayduk”du. Oyuna yaxşı hazırlaşmışıq.
Rəqib ideal vəziyyətdə olmasa da, buna yaxındı. Düşünürəm ki, sabah maraqlı və gərgin oyun olacaq.
Əlimizdən gələni edəcəyik ki, cavab oyununa yaxşı nəticə ilə gedək.
Bütün klubların azarkeşlərinə səslənirəm: işləri yoxdusa, gəlsinlər, bizə dəstək olsunlar.— Belə rəqibə qarşı necə oynamaq lazımdı?— Mən öz komandamı düşünürəm.