Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Günəşin səthində bir sıra aktiv oblastlarda güclü X sinif (radiodalğaların yayılmasına güclü maneələr yaradan) alışmaların baş verdiyi müşahidə olunub.
Oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib.
Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) oktyabrın 10-12-də Yerə çatacaq.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından "Unikal"a verilən xəbərə görə, Günəş aktivliyinin oktyabrın 11-12-də yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır.
Yaranan Günəş qasırğaları (S1-S2 - nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək, sonrakı periodda fon səviyyəsinə enəcək.
Həmin dövrdə Günəş küləyi parametrləri həyacanlanmış vəziyyətdə olacaq.
X1.8 alışması səbəbindən yaranan TKA planetlərarası fəzada saniyədə 1200-1400 kilometr sürətlə yayılacaq, Yer yaxınlığında isə sürəti saniyədə 600-700 kilometr təşkil edəcək.