Güclü geomaqnit qasırğası olacaq

02.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İyulun 3-də güclü geomaqnit qasırğası olacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, iyunun 30-da baş vermiş X1.1 sinifli alışmaya bağlı olaraq TKA-nın təsiri ilə 3 iyulda G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

İyulun 4-də isə qasırğanın bir az zəifləyərək G1 səviyyəsində davam edəcəyi proqnozlaşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью