“Güclü komandalar fərdi oyunçulardan asılı olmur” Daşdəmirov

24.11.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Güclü komandalar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov

“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov “Barselona” ilə Çempionlar Liqası matçı öncəsi rəqibin güclü tərəflərindən danışıb.

QOL.az xəbər verir ki, o, “Mundo Deportivo”ya açıqlamasında Lamin Yamalın Bakıya gəlməməsinə baxmayaraq Kataloniya təmsilçisinin təhlükəli rəqib olduğunu vurğulayıb:

“Biz “Barselona”ya ayrı-ayrı futbolçular qrupu kimi yox, bütöv komanda kimi yanaşırıq. Hazırlığımız da buna əsaslanır. “Barselona”nın gücü kollektiv oyunundadır. Böyük komandalar konkret futbolçulardan asılı olmur. “Barselona” isə komanda olaraq ulduzlardan ibarətdir”.

Daşdəmirov belə nüfuzlu rəqiblə dolu tribunalar önündə qarşılaşmağın əlavə məsuliyyət yaratdığını deyib:

“Böyük klubla dolu tribunalar önündə oynamaq əlavə məsuliyyətdir. Ancaq oyun başlayanda bütün bu emosiyalar arxa plana keçir. Həmin andan etibarən yalnız matça köklənirik”.

Azərbaycan millisinin üzvü “Sabah”ın qısa müddətdə Çempionlar Liqasına yüksəlməsini klubda görülən işin nəticəsi kimi qiymətləndirib:

“Bakıda belə böyük Avropa komandalarına qarşı oynamaq artıq məqsədimizə çatdığımızı göstərir. Amma təbii ki, oyun günü meydana ən yaxşı nəticəni əldə etmək üçün çıxacağıq. Azarkeşlərimiz stadionu xoşbəxt tərk etsələr, deməli, əsas məqsədimizə nail olmuşuq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью