Güclü külək ağacı evin üstünə aşırıb, ev sakinləri təxliyə edilib

15.11.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Güclü külək paytaxt ərazisində fəsadlara yol açıb.

APA xəbər verir ki, güclü külək səbəbilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 207 ünvanında ağacın aşması nəticəsində İsgəndər İsmayılova məxsus yaşayış evinin ön hissəsi eləcə də kommunal xidmətləri tamamilə yararsız hala düşüb.

Əraziyə FHN-nin xüsusi xilasediciləri cəlb olunub. Evidəki şəxslər təxliyə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью