Güclü külək ağacı maşınların üzərinə aşırdı Video

14.05.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

“Qafqazinfo”nun xəbərinə görə, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağac aşaraq, “Mercedes-Benz” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bundan başqa, şəhərin digər hissəsində qaz xətti qırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.

Ziya Əmirxanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью