Güclü külək ağacları aşırdı

04.02.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Bakıda gecədən başlayan güclü külək nəticəsində 19 ağac aşıb, 15 ağacın budaqları qırılıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, güclü külək nəticəsində birliyin qaynar xəttinə daxil olan 34 müraciət Xətai, Nəsimi, Suraxanı və Binəqədi rayonlarını əhatə edib.

Qurumun əməkdaşları tərəfindən indiyədək 15 aşmış ağac, 13 qırılan budaq ərazidən götürülərək təmizlənib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью