Güclü külək Bakıda 5 ağacı sındırdı

21.02.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gecə saatlarında güclü külək səbəbindən Bakıda 5 ağac sınıb. 

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Qeyd olunub ki, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi sınan və zədələnən 5 ədəd ağacı operativ şəkildə götürüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью